Rusiyaya ərzaq yumurtası tədarükü başlayandan indiyədək Azərbaycandan 25.3 milyon ədəd yumurta idxal edilib.
Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.
Bildirilib ki, martın 18-nə qədər Türkiyədən Rusiyaya 12.3 milyon ədəd yumurta tədarük olunub.
Rusiyanın Federal Statistika İnstitutunun (“Rosstat”) martın 13-də açıqladığı məlumata görə, bu ilin əvvəlindən ölkədə toyuq yumurtası 3.47% ucuzlaşıb.
Qeyd edək ki, Azərbaycandan Rusiyaya 36 ton (612 min ədəd) həcmində ərzaqlıq yumurtanın ilk partiyası 2023-cü ilin dekabrın 19-da “Yaraq-Qazmalar” keçid məntəqəsi vasitəsilə göndərilib.