12 C
Baku
Monday, November 25, 2024

DİN virtual “papaqatdı” ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

Daxili İşlər Nazirliyi kütləvi olaraq üzərinə kart məlumatı yazılan papaq fotosunun paylaşılması ilə bağlı vətəndaşlara müraciət edib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəis müavini Zeyni Hüseynov bildirib.

“Novruz bayramında vətəndaşlarımız tərəfindən kütləvi olaraq üzərinə kart məlumatı yazılan papaq fotosu paylaşılır, adətimiz olan “papaqatdı” virtual məkana daşınır. Əziz vətəndaşlar, kiberdələduzlara yeni meydan açmamaq üçün xahiş olunur kart məlumatlarınızı məxfi saxlayın”, – deyə DİN-dən bildirilib.

Son xəbərlər
Digər xəbərlər