Goranboyda ferma yandırılıb.
DİN-in regional qrupundan verilən məlumata görə, hadisə nəticəsində 230 baş xırdabuynuzlu heyvan yanaraq tələf olub.
Araşdırmalarla yanğının qəsdən törədildiyi müəyyən edilib.
Hadisəsinin Gəncə şəhər sakini Məmmədpur Bəhruzun sifarişi əsasında həmyerliləri Allahverdiyev Cavid və Vəliyev Erik tərəfindən qəsdən törədildiyi məlum olub. B.Məmmədpur, C.Allahverdiyev və E.Vəliyev saxlanılaraq istintaqa təhvil veriliblər.
Əməliyyat-istintaq tədbirləri davam etdirilir.