-1 C
Baku
Sunday, December 15, 2024

XİN: “Krokus siti holl”da terrorda ölən və ya yaralanan Azərbaycan vətəndaşlarının olub-olmaması ilə bağlı araşdırma aparılır

Moskva vilayətində “Krokus siti holl” əyləncə mərkəzində baş vermiş terror aktında ölən və ya yaralanan Azərbaycan vətəndaşlarının olub-olmaması ilə bağlı araşdırma aparılır.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, hələ ki, dəqiq məlumat yoxdur.

Xatırladaq ki, Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, saat 10-da (Bakı saatı ilə 11) şəxsiyyəti müəyyən edilmiş ölənlərin siyahısı açıqlanacaq.

Ötən axşam Moskvadakı “Krokus siti holl”da terror aktı baş verib. Hadisə nəticəsində 70-dən çox adam ölüb.

Son xəbərlər
Digər xəbərlər