Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yevlaxda sosial evlərin tikintisinə başlayacaq.
Banker.az xəbər verir ki, “MİDA” MMC Yevlax şəhəri, Rəşad Budaqov küçəsi 1 ünvanında yerləşən 1.9 ha torpaq sahəsində 1, 2 və 3 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün “Rabitə İnşaat” ASC ilə müqavilə bağlayıb.
Müqavilənin ümumi dəyəri isə 11 113 266 manatdır.