8 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda direktor müavini kreditə görə özünü yandırdı

Neftçala şəhər 4 saylı orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini, 63 yaşlı Novruzov Alik Mustafa oğlu bu gün səhər saatlarında özünü məktəbin qazanxanasında yandırıb.

Virtualaz.org saytının Neftçala şəhər sakinlərindən əldə etdiyi məlumata görə, təsərrüfat müdirinin ayrı-ayrı banklara 7 min manata yaxın borcu olub. Amma o, maddi imkansızlıqdan bu kreditləri qaytara bilmirmiş. Nəticədə borclu olduğu bank onu məhkəməyə veribmiş. Çıxış yolunu intiharda görən Alik Mustafayev məktəbin qazanxanasında üzərinə benzin tökərək özünü yandırıb.

Ağır yanıq xəsarətləri alan Alik Novruzov hazırda Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər onun yaşamaq şansının çox az olduğunu deyiblər.

Faktla bağlı Neftçala Rayon Prokurorluğunda cinayət işi qaldırlıb.

Bu son bir neçə gündə imkansızlığa görə baş verən 3-cü hadisədir. Ötən gün XaçmazdaPalçıqoba kənd sakini 36 yaşlı Ramin Abdalov yaşadığı evin tövləsində özünü iplə asıb. 3 uşaq atası olan Ramin Abdalovun maddi imkansızlıqdan özünə qəsd etdiyi bildirir.

Bənzər hadisə Bakıda da baş verib. Pirallahı Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, rayonun Səməd Vurğun küçəsində yaşayan 1966-cı il təvəllüdlü Ələmdar Oruc oğlu Salamov özünü yaşadığı evin həyətindəki yarımtikilidən asıb. Onun asılmış meyitini ailə üzvləri aşkar ediblər.

İlkin ehtimal kimi Ələmdar Salamovun külli-miqdarda borcu olduğu, buna görə belə bir addım atdığı bildirilir.

Son xəbərlər
Digər xəbərlər