2023-cü il üzrə tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında neft və qaz qiymətlərinin və qeyri-neft-qaz ixracının artımından təsirlənib.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayır.
Cari əməliyyatlar balansında 8.3 mlrd. dollar həcmində profisit formalaşmış, kapitalın və maliyyənin hərəkəti balansında isə 4.3 mlrd. dollarlıq kəsir yaranmışdır.
Profisitli tədiyə balansı şəraitində ölkənin strateji valyuta aktivləri 5.4 mlrd. dollar artıb. Tədiyə balansındakı profisit ötən ilin üçüncü rübü 6.4 mlrd. dollar idi.
Bu dövrdə xam neftin orta qiyməti 86 dollar/barel olmuş, qeyri-neft-qaz ixracı isə 11.1% artaraq 3.3 mlrd. dollar səviyyəsində formalaşmışdır.