19 C
Baku
Wednesday, October 2, 2024

Tarixin ən böyük kiber hücumları

Kevin Mitnik Pentagondan tutmuş Motorola şirkətinə kimi ən müxtəlif təşkilatların sistemlərinə hücumlar etmişdi. Nəticədə onu elə öz haker dostu polisə təslim edir və o bildirmişdir ki, Mitnik cəmiyyət üçün həddindən artıq ziyan vurur. Kevin 1 illik həbs cəzasına layiq görülmüş və gələcəkdə onun telefon və kompüterdən istifadəsinə qadağa qoyulmuşdu. Bununla yanaşı, 1990-cı ildə o azadlığa çıxdıqdan sonra məhkəmənin saytından proseslə bağlı bütün məlumatlar sirli şəkildə yoxa çıxmışdı. Bununla yanaşı, hakimin bank hesabı da sındırılmışdı.

1988-ci ildə Robert Morris internetin gerçək ölçüsünü təyin etmək məqsədilə tarixdə ilk komputer qurdunu yaratdı. Ölçüdən əlavə, virus daxil olduğu kompüterin əməliyyat sistemini məhv edirdi və bu eksperimentin vurduğu ziyan 15 milyon dollara bərabər idi. Bundan sonra Robert Morris bildirmişdi ki, baş verənlərə görə çox təəssüf edir və gələcək qanunvericilikdən asılıdır.

Rusiyalı Vladimir Levin 1994-cü ildə Sitibank müştərilərinin hesabından öz hesabına 10 milyon dollar köçürə bilmişdi. O bunu Peterburqda öz evində oturaraq həyata keçirmişdi. Onu həbs etdikdə o pulları qaytarmalı olmuşdu, lakin məbləğin 400000-i artıq xərclənmişdi.

2002-ci ildə amerikan silahlı qüvvələrinin 2000-ə yaxın kompüteri iş qabiliyyətini itirdi və saytda belə bir yazı peyda oldu: “Sizin təhlükəsizlik sisteminin – geridə qalmışdır”. Oxşar hadisə NASA ilə də baş verdi. Aydın olur ki, bütün bunları edən şotlandiyalı Hari MakKinnondur. O isə öz etdiklərini NASA-nın yad planetlilər ilə bağlı məlumatları gizlətməsindən şübhələndiyi ilə izah etmişdi. Amerikanlar hakerin ekstradisiyasını tələb etsələr də, Britaniya qüvvələri bu tələbi hələ də yerinə yetirmir.

Son xəbərlər
Digər xəbərlər