14 C
Baku
Tuesday, May 14, 2024

“Wizz Air” Gürcüstandan Avropaya uçuşları azaldıb

Macarıstanın aşağı büdcəli aviaşirkəti “Wizz Air” Gürcüstandan Avropaya uçuşları azaldıb.

Kutaisidən Hamburq, Madrid və Tallinnə uçuşlar 2024-cü ilin oktyabr ayına qədər aviaşirkətin saytında mövcud deyil.

“Wizz Air” həmçinin Kutaisidən İspaniya, İtaliya və Yunanıstanın müxtəlif şəhərlərinə uçuşları ləğv edib. Məlumata görə, Kutaisi ilə Milan arasında uçuşlar həftədə 4 deyil, 2 dəfə yerinə yetiriləcək.

Bir neçə ay əvvəl aviaşirkət Kutaisidən Polşanın Qdansk və Vroslav şəhərlərinə uçuşları dayandırıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər