30 may 2024-cü il saat 12:00-da “Neftçala Avtonəqliyyat” ASC-nin səhmdarların yığıncağı keçiriləcək.
Banker.az xəbər verir ki, yığıncaq Neftçala şəhəri, M.Ə.Sabir küçəsi-3-də keçiriləcək
İclasın gündəliyində duran məsələlər bunlardır:
1. “Neftçala Avtonəqliyyat” ASC-nin 2023-cü ilin yekunu və qarşıda duran vəzifələr haqqında.
2. Müşahidə Şurasının və sədrinin seçilməsi.
3. Təftiş komissiyasının hesabatı və yeni heyətin seçilməsi.
4. Səhmdar cəmiyyətin 2023-cü ilin yekununa dair dividendin bölüşdürülməsi.
Xatırladaq ki, “Neftçala Avtonəqliyyat” ASC 1998-ci ildə yaradılıb.