5 C
Baku
Monday, December 16, 2024

“Azərbaycan Sənaye Sığorta”nın aktivləri kəskin azalıb

“Azərbaycan Sənaye Sığorta” ASC 2023-cü il il üzrə maliyyə hesabatını açıqlayıb və məlum olub ki, illik 3.59 milyon manatlıq xalis mənfəət əldə edib. Lakin aktivlərdə kəskin eniş var.

Banker.az bunu sığorta şirkətinin illik maliyyə hesabatına istinad edir.

“Azərsun Holdinq”ə yaxın olan bu şirkət keçən il ərzində 45.83 mln. manat cəmi gəlirlər əldə edib. Təqribən 356% artım deməkdir. 2022-ci ildə 10.05 mln. manat cəmi gəlir əldə etmişdi.

Bununla belə xərclər də yüksəlib. Məsələn, hesabat müddətində “Azərbaycan Sənaye Sığorta”nın xərcləri 41.96 mln. manat təşkil edib.

Öncəki ildə sığorta şirkətinin xərcləri gəlirlərini üstələdiyi üçün 2.48 mln. manat zərər etmişdi.

2023-cü ildə aktivlərin həcmi 42.52 mln. manatdan 27.17 mln. manata düşüb. Bu azalmanın əsas səbəbi sığorta şirkətində fəaliyyətdə olduğu qeyri-həyat sığortası üzrə ehtiyatların 21.58 mln. manatdan 1.28 mln. manata düşməsidir.

“Azərbaycan Sənaye Sığorta” 2023 hesabat

Son xəbərlər
Digər xəbərlər