13 C
Baku
Saturday, November 23, 2024

Miqrantların Rusiyada qalma müddəti azaldılacaq

Rusiya Daxili İşlər Nazirliyi miqrasiya sahəsində dövlət nəzarətini gücləndirən yeni qərarlar qəbul edib.

Bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, əcnəbi vətəndaşların Rusiyada 1 il ərzində qalma müddəti 180 gündən 90 günə endirilib.

Məlumata görə, miqrantların Rusiya ərazisində yaşamaq şərtlərinə də dəyişiklik edilib.

Belə ki, qanun onların Rusiyaya girişinə və qalmasına müasir vasitə və üsullarından istifadə etməklə nəzarətin gücləndirilməsini özündə əks etdirir:

“Rusiyaya daxil olarkən biometrik fərdi identifikasiyanın tətbiqi, əcnəbilərin müvəqqəti qalma müddətinin təqvim ili üçün 90 günə endirilməsi, habelə, əcnəbinin rəqəmsal profilinin yaradılması üçün hüquqi əsas yaradılacaq”.

Nazirliyin verdiyi açıqlamaya görə, müəyyən kateqoriyadan olan əcnəbilər üçün nəzarətli qalma rejimi tətbiq olunacaq. Bu kateqoriyaya aşağıdakılar daxildir:

-Xarici işçi qüvvəsi cəlb edən işəgötürənlər

-İş və ya xidmətlərin sifarişçiləri

Xatırladaq ki, “Crocus City Hall”da baş verən terrordan sonra Rusiya Prezidenti Vladimir Putin miqrasiya sahəsində qanunun aliliyinə riayət olunması da daxil olmaqla, cinayətlərə qarşı tədbirlər sistemi üzərində işləməyi departamentə həvalə etmişdi.

Son xəbərlər
Digər xəbərlər