13 C
Baku
Saturday, November 23, 2024

Özünüməşğulluq proqramlarında müharibə əlilləri və veteranları üçün kvotalar ayrılıb

Növbəti dövr üçün ən əsas məsələ müharibə əlilləri və veteranlarının məşğulluğudur.

Bunu DOST TV-nin canlı yayımında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. O bildirib ki, özünüməşğulluq proqramlarında müharibə əlilləri və veteranları üçün kvotalar ayrılıb.

Nazir deyib ki, özünüməşğulluq proqramının əsas məqsədi, həm də həssas təbəqədən olan insanların öz bizneslərini qurmasına dəstək olmaqdır:

“Növbəti dövrdə də özünüməşğulluq proqramımız genişləndirilərək davam etdiriləcək”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər