Rusiya prezidenti Vladimir Putin “Crocus”da baş vermiş terror aktından Rusiya Federasiyasında milli və digər nifaq salmaq üçün istifadə edilməsini qəbuledilməz adlandırıb.
Bu barədə Putin Daxili İşlər Nazirliyinin geniş kollegiya iclasında bildirib.
O qeyd edib ki, ölkədə miqrasiya siyasətinə yanaşmaları kökündən yeniləmək lazımdır: “Soydaşlarımız illərdir vətəndaşlıq ala bilmir. Yalnız ölkəmizin adət-ənənələrinə, dilinə və mədəniyyətinə hörmət edənlər Rusiyaya gəlib yaşaya bilməlidirlər”.
Putin vurğulayıb ki, mövcud elektron məlumat bazaları qeyri-qanuni miqrasiya risklərini dayandırmaq üçün kifayət deyil.