13 C
Baku
Saturday, November 23, 2024

“Youtube” sosial şəbəkəsinin Azərbaycandakı bazar payı artıb

Cari ilin mart ayında daha əvvəlki aylar və ötən illə müqayisədə “Youtube” sosial şəbəkəsinin Azərbaycandakı bazar payı artıb.

Ötən ilin martından etibarən Azərbaycanda “Youtube”un bazar payı cüzi də olsa, artmaqda davam edib. Lakin ötən ay 2023-cü ilin mart ayı ilə müqayisədə bu sosial şəbəkənin Azərbaycandakı bazar payı əhəmiyyətli səviyyədə artıb. Belə ki, 2023-cü ilin martında “Youtube”un Azərbaycandakı bazar payı 3.89 % təşkil edibsə, ötən ay bu rəqəm 8.63 % olub.

Nəticədə “Youtube”un Azərbaycandakı bazar payında 121.8 % artım qeydə alınıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər