“Azsığorta” Açıq Səhmdar Cəmiyyəti (ASC) Fövqəladə Hallar Nazirliyinin (FHN) Əməliyyat-İstintaq İdarəsini məhkəməyə verib.
Banker.az “Report”a istinadən xəbər verir ki, sığorta şirkəti cinayət işinin rədd edilməsi ilə bağlı toplanmış materialların surətlərinin təqdim olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə tələb irəli sürüb.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı mümkün saymayıb.
Qərardan narazı qalan “Azsığorta” ASC apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılır.