Bu il Çin-Qırğıstan-Özbəkistan dəmiryolunun tikintisinə başlanılacaq və bu layihə 8 milyard dollara başa gələcək.
Bunu Özbəkistan Nazirlər Kabinetinin sədri Akılbek Japarov aqrosənaye forumunda bildirib.
Onun sözlərinə görə, bu, ilkin dəyərləndirmədir.
Məlumata görə, tərəflər layihənin icrası üzrə hazırlıq işlərini başa çatdırıblar. Dəmiryolunun tikintisinə bu il başlanılacaq. Hazırda layihənin texniki-iqtisadi əsaslarının aktuallaşdırılması aparılır.
Bu yolun reallaşması ilə bağlı üç ölkə arasında razılaşma 2022-ci ilin sentyabrında Özbəkistanın Səmərqənd şəhərində imzalanıb.
20 ildən artıqdır müzakirə olunan layihə Çindən Özbəkistana keçməklə Cənub dəhlizi ilə Avropa və Körfəz ölkələrinə ticarət, habelə daşımaların coğrafiyasının genişləndirilməsinə xidmət edəcək.