10 C
Baku
Wednesday, November 27, 2024

Məhkəmə sədri vəzifəsindən azad edildi

Gəncə Apellyasiya Məhkəməsinin sədri vəzifəsindən azad edilib.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılaraq qəbul edilən “Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında” qərarda əksini tapıb.

Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən, Gəncə Apellyasiya Məhkəməsinin hakimləri Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynzadə Afiq Hüseyn oğlu Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri təyin ediliblər.

Qeyd edək ki, Hüseynov Mirbahəddin Mirdamət oğlu Gəncə Apellyasiya Məhkəməsinin sədridir.

Eyni zamanda Sumqayıt İnzibati Məhkəməsinin hakimi İsmayıl Rza oğlu Quliyev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.

Lətifə Məhyəddin qızı Məmmədova da vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər