Azərbaycanda kolbasa və sosiska istehsalçısı “Zəhmət-Ruzi” MMC-nin (SAB) nizamnamə kapitalı artırılıb.
Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 391.2 min manat və ya 3.6% artırılmaqla 11 milyon 327.5 min manata yüksəldilib.
Xatırladaq ki, “Zəhmət-Ruzi” MMC 2002-ci ildə təsis edilib. Elnur Bədəlov şirkətin rəhbəridir.