14 C
Baku
Saturday, November 23, 2024

İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzi yanında İctimai Şura yaradılır

Bu gündən başlayaraq mayın 3-nə qədər İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzi yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi və qeydə alınması həyata keçiriləcək.

Bu barədə agentliyin məlumatında bildirilir.

Məlumata görə, Şuranın üzvlüyünə hər bir vətəndaş cəmiyyəti institutu yalnız bir namizədini irəli sürə bilər. Şuraya seçkilər namizədlərin irəli sürülməsi prosesi başa çatdıqdan sonra bir ay müddətində keçiriləcək. Seçki Komissiyası Şura üzvlərinin say həddini 5 nəfər müəyyən edib.

Namizədlər tələb olunan sənədləri hər gün saat 09:00-dan 17:00-a qədər Peşə Təhsil Mərkəzinə, eləcə də [email protected] elektron poçtu vasitəsilə təqdim etməlidirlər.

Əlavə məlumat üçün telefonlar: (012) 525-39-57, (051) 205-97-52

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər