“Meqa Sığorta” ASC 2023-cü ildə səhmdarlarına il üzrə xalis mənfəətindən 3.2 milyon manat dividend ayırıb və ödəyib.
Banker.az xəbər verir ki, bu barədə hesabatda qeyd edilir.
2022-ci il üzrə isə səhmdarlara 1 mln. manat dividend ayırmışdı.
“Meqa Sığorta” ötən il ərzində 29.05 milyon manat cəmi gəlirə qarşı 2.51 milyon manat xalis mənfəət əldə etmişdi. Halbi ki, 2022-ci ildə 23.5 milyon manatlıq cəmi gəlirə qarşı 3.78 mln. xalis mənfəət əldə etmişdi.
Sığorta şirkəti1998-ci ildən dövlət qeydiyyatındadır və onun nizamnamə kapitalı 23 milyon manatdır.
Səhmdarları aşağıdakı şəxslərdir:
-
- 19%– Rauf Əliyev
- 19%– Nəzakət İsmayılova
- 19%– Zaur Quliyev
- 14%– Yaşar Qurbanov
- 10%– Zeynal Əliyev
- 10%– Faiq Şahəliyev
- 9%– Yaşar Əliyev