Azərbaycanda taksi sifarişi operatorları ilə işləyən taksi minik avtomobillərinə taksometrin quraşdırılmasına ehtiyac yoxdur.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) açıqlamasında bildirilir.
“Taksi sifarişi operatorlarının proqram təminatı taksometr funksiyasını yerinə yetirir. Gedişhaqqı proqram təminatı ilə hesablanır”, – deyə açıqlamada qeyd olunub.