10 C
Baku
Wednesday, November 27, 2024

ABŞ və Çin arasında iqtisadi artım səviyyəsi ilə bağlı tarixi razılıq əldə olunub

ABŞ və Çin arasında balanslaşdırılmış iqtisadi artım səviyyəsinə nail olmaqla bağlı tarixi razılıq əldə edilib.

Bu barədə danışıqlarda rəsmi Vaşinqtonu təmsil edən maliyyə naziri Canet Yellen açıqlama verib.

O deyib ki, ilkin razılaşma makroiqtisadi dayanıqlığın təminatı istiqamətindəki səyləri qismən optimallaşdıracaq: “Biz Çin hökumətinin apardığı qeyri-sağlam iqtisadi rəqabətin nəticələrinin aradan qaldırılmasında maraqlıyıq. Hesab edirəm ki, bu istiqamətdəki səylərimizi rəsmi Pekin də dəstəkləyəcək. Biz onların diqqətinə çatdırdıq ki, Çinin ABŞ bazarındakı inhisarçılıq cəhdləri yerli şirkətlərin rəqabət qabiliyyətinə ciddi təsir göstərir. Müzakirələrimiz bundan sonra da davam edəcək”.

Müzakirələrin gündəmində Rusiya-Ukrayna müharibəsi də olub:

“Bizdə Çin şirkətlərinin Rusiyaya dəstəyinə dair məlumatlar var. Bu dəstək özünü həm Ukraynadakı müharibədə, həm də Rusiyanın sənaye komplekslərinin təchizatında göstərir. Biz ikitərəfli münasibətlərdə problem yaranmasına tərəfdar deyilik”.

Qeyd edək ki, yaxın həftələrdə dövlət katibi Antoni Blinken də Pekinə səfər edəcək.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər