“Qala Həyat Sığorta” şirkətinin işçilərinin sayında azalma olub.
Banker.az bu barədə şirkətin 2023-cü il üzrə illik idarəetmə hesabatına istinad edir.
Belə ki, 2023-cü ildə “Qala Həyat Sığorta” şirkətinin işçilərinin sayı 80 nəfər olub. Halbuki, 2022-ci ilin illik idarəetmə hesabatına görə isə bu sığorta şirkətinin işçilərinin sayı 76 nəfər təşkil edib. Beləliklə, illik müqayisədə 4 nəfər işçi ixtisarı olub.
Xatırladaq ki, “Qala Həyat Sığorta” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13 041 600 manatdır. Şirkətin səhmlərinin 90 %-i “Təkrarsığorta” ASC-yə (“Qala Sığorta” ASC-nin 100 %-lik səhmdarı), 10 %-i isə Kamal İbrahimova (Direktorlar Şurasının sədri) məxsusdur.