11 C
Baku
Tuesday, November 26, 2024

Azərbaycanda 2024-cü ilin ilk rübündə 12.6 mlrd. kub-metr təbii qaz hasil edilib

2024-cü ilin birinci rübündə operativ məlumatlara əsasən, Azərbaycanda neft-kondensat hasilatı 7.3 mln. ton, ixraca nəql edilən həcmlər isə 6 mln. ton olub.

Banker.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov öz X hesabında bildirir.

Bu dövrdə 400 mln. m3 artımla hasil edilmiş 12.6 mlrd. m3 qazın 6.4 mlrd. m3-i ixrac olunub.

Bu ilin yanvar-mart aylarında Avropaya 3.2 mlrd. m3,  Türkiyəyə 2.3 mlrd.m3,  Gürcüstana isə 0.9 mlrd. m3 qaz ixrac olunub.

Bu dövrdə TANAP-la Türkiyəyə 1.3 mlrd.m3 qaz nəql edilib.

Son xəbərlər
Digər xəbərlər