Bu ilin ilk rübü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 11.5 min şəxsə əlillik təyin edilib.
Nazirlikdən verilən xəbərə görə, onlardan 5.6 mininə ilkin, 5.9 mininə təkrar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub.
Son üç ayda Agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan 24.8 min şəxsə isə reabilitasiya xidmətləri göstərilib.