13 C
Baku
Friday, November 22, 2024

İspaniya əcnəbilərə çoxminlik investisiyalar müqabilində “qızıl viza”ların verilməsini dayandırır

İspaniya hökuməti çoxminlik investisiyalar müqabilində əcnəbilərə qızıl vizaların – yaşayış icazələrinin verilməsini ləğv etməyi planlaşdırır. Bu barədə jurnalistlərə Baş nazir Pedro Sançes məlumat verib.

“Bizim edəcəyimiz şey 500 min avrodan yuxarı daşınmaz əmlaka sərmayə müqabilində ölkədə qalmaq imkanı verən qızıl vizanın verilməsinin ləğvi prosesinə başlamaqdır”, -mesajda deyilir.

“El País” qəzetinin yazdığına görə, 2022-ci ildə İspaniya investorlara 2.4 mindən çox belə viza verib ki, bu da 2021-ci illə müqayisədə təxminən 60% çoxdur. Ümumilikdə, mexanizm qüvvəyə mindiyi vaxtdan 11 mindən çox “qızıl viza” təqdim edilib.

Son xəbərlər
Digər xəbərlər