15 C
Baku
Wednesday, November 5, 2025

Neftin qiyməti 10 dollar düşəcək

Böyük Britaniyanın “Standard Chartered” bankının analitiklərinin neftin qiyməti ilə bağlı proqnozları rezonansa səbəb olub.

Banker.azın ANSPRESS-ə istinadən verdiyi xəbərə görə, britaniyalı analitiklər neftin 1 barrelinə görə qiymətinin 10 dollara qədər düşə biləcəyini açıqlayıb. Onlar bunu neft bazarında yaranmış vəziyyətlə əlaqədar olduğunu deyirlər.

“Biz hesab edirik ki, neftin qiyməti 10 dollara qədər düşə bilər. Bazar iştirakçıları da artıq hər şeyin gec olduğunu başa düşürlər” deyə xarici mütəxəssislərin hesabatında bildirilib.

Dünyanın bir çox digər banklarının (Barclays, Macquarie, Bank of America, Merill Lynch və Societe Generale) bu həftəyə açıqladığı proqnozlar da 2016-cı ildə neftin qiyməti ilə bağlı ürəkaçan heç nə demir.

Dünya analitikləri bildirir ki, “qara qızıl”ın getdikcə qiymətdən düşməsi Çiniqtisadiyyatındakı vəziyyətlə və neft bazarında 1,5 milyon ton artıq neftin hasil olunması ilə bağlıdır.

Yerli mütəxəssislər də, dünya iqtisadiyyatında baş verən son hadisələrdən sonra neftin qiymətinin 10 dollara qədər düşməsi proqnozunu real qiymətləndirir.

Son xəbərlər
Digər xəbərlər