11 C
Baku
Tuesday, November 26, 2024

Ukraynada hərbi çağırış yaşı dəyişdirilir

Ukrayna Ali Radası altı aydır davam edən müzakirələrdən sonra hərbi səfərbərliklə bağlı qanun layihəsini yeni variantda qəbul etməyə hazırlaşır.

Ölkənin hakim “Xalqın xidmətçisi” partiyasından olan deputat Yuri Kamelçuk bildirib ki, Ukrayna Prezidenti bir il əvvəl səfərbərlik yaşının 27-dən 25-ə endirilməsi haqqında fərman imzalayıb: “Bu, daha çox adamın orduya cəlb olunması deməkdir. Hazırda bu yaşda nə qədər gəncin olduğu bilinmir, amma gələcək göstərəcək. Gələn həftə Milli Təhlükəsizlik Komitəsində müzakirələrdə yaş həddinin 25-ə salınması proseduruna aydınlıq gətiriləcək. Bundan sonra bu qanun layihəsinin məzmununun nədən ibarət olacağı anlaşılacaq”.

Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyev isə bildirib ki, bu yaş kateqoriyada ölkədəki etnik xalqlardan olan vətəndaşlar da çoxdur: “Səfərbərlik həddi 27-dən 25-ə salınıb. 25 yaş normaldır. Biz bilirik ki, bütün millətlərin nümayəndələri vuruşur, lakin bu, Ukraynanın qarşısında duran məsələləri həll etmir. Buraya digər peşəkarları da cəlb etmək lazımdır. Belə ki, təqaüdə tez çıxan, həmçinin digər özəl şirkətlərdə çalışan keçmiş hərbçilər cəbhədə yaşanan bəzi problemləri həll edə bilərlər”.

“Ukrayna çoxmillətli ölkədir, əhalisinin 25 faizdən çoxunu digər millətlər təşkil edir. Bu gün minlərlə başqa millətlərin nümayəndələri Ukraynaya görə vuruşur və həlak olurlar”, – R.Tağıyev vurğulayıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər