Sumqayıt Kimya Sənaye Parkında Çinin “BYD Company Limited” şirkәti ilә elektrik mühәrrikli avtobusların istehsalına başlanılacaq.
Banker.az xəbər verir ki, BYD şirkәti tәrәfindәn Sumqayıt Kimya Sәnaye Parkında qurulacaq zavodda elektrik mühәrrikli avtobusların istehsalına ilkin olaraq 34 mln. ABŞ dolları hәcmindә investisiyanın qoyulması nәzәrdә tutulub. Şirkәt tәrәfindәn daxili tәlәbat vә ixrac imkanları nәzәrә alınmaqla illik istehsal hәcminin 500 әdәd olması nәzәrdә tutulur. Layihә çәrçivәsindә 800 yeni iş yerinin yaradılması planlaşdırılır.
Avtobusların yerli istehsalına 2025-ci ildә başlanılacaq.