10 C
Baku
Friday, December 13, 2024

Georgiyeva yenidən Beynəlxalq Valyuta Fondunun rəhbəri seçilib

Beynəlxalq Valyuta Fondunun (IMF) hazırkı rəhbəri Kristalina Georgiyeva yeni müddətə yenidən seçilib.

Bu barədə Fond məlumat yayıb.

“Beynəlxalq Valyuta Fondunun İcraiyyə Şurası bu gün Kristalina Georgiyevanı 2024-cü il oktyabrın 1-dən etibarən ikinci beşillik müddətə IMF-in idarəedici direktoru vəzifəsinə seçib”, – press-relizdə diqqətə çatdırılıb.

Qeyd olunub ki, Georgiyeva bu vəzifəyə yenidən seçilmək üçün yeganə namizəd olub.

Son xəbərlər
Digər xəbərlər