“Dünyanın ən yoxsul 75 ölkəsindən təqribən yarısının gəlirləri ilə inkişaf etmiş dövlətlərin əldə etdiyi gəlir arasında 100 ilin ən böyük fərqi, başqa sözlə desək, dərin uçurum yaranıb”.
Bu barədə Dünya Bankının hesabatında bildirilir.
Qeyd olunur ki, hər iki kateqoriyadan olan ölkələrdə adambaşına düşən gəlirin məbləği də bir-birindən kəskin şəkildə fərqlənir.
Dünya Bankının baş iqtisadçısının müavini Ayhan Köse bildirib ki, bu vəziyyət ilk dəfədir ki, müşahidə olunur:
“Hələ COVID-19 pandemiyasına qədərki dövrdə Beynəlxalq İnkişaf Assosiasiyasına üzv olan əksər dövlətlərdə iqtisadi inkişaf tempində azalma müşahidə olunurdu. 2024-cü ilin yekunları onu deməyə əsas verir ki, 4 ili əhatə edən hesabat müddətində bu rəqəm 3.4 faiz təşkil edəcək. Bu rəqəm 90-cı illərdən sonra ən aşağı göstərici hesab olunur. Bu vəziyyət artıq həyəcan təbilinin çalınmasına əsas verir. Yaranmış iqtisadi problemlərin əsas səbəbi Rusiya-Ukrayna müharibəsidir”.
Sənəddə o da qeyd edilir ki, Beynəlxalq İnkişaf Assosiasiyasından kredit cəlb etmək hüququna 75 dövlətin siyasi sistemində dəyişiklik baş verməsə, onlar beynəlxalq səviyyədə iqtisadi dəstəkdən məhrum ola bilərlər.