Fransa Azərbaycandakı səfirini geri çağırıb.
Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib”, – məlumatda vurğulanır.
Səfir Ann Buayonun artıq Fransada olduğu və prezident Emmanuel Makronun diplomatı qəbul etdiyi bildirilir.