“Ladess Group” MMC-nin Rusiya Federasiyasından idxal etdiyi “Stavropolskiy Broyler” MMC-nin “Nevinnomısskiy” filialının istehsalı olan ümumi çəkisi 19,2 ton dondurulmuş toyuq filesi məhsulundan Agentlik əməkdaşları tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Banker.az AQTA-ya istinadən xəbər verir ki, aparılan sınaq nəticəsinə əsasən, nümunələrdə salmonella bakteriyası aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq təhlükəli məhsulun gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib.