“Bakı Əyrici Toxucu” ASC 2023-cü ili 1 milyon 158 min manat mənfəətlə başa vurub. Halbuki, şirkət 2022-ci ili 139 min manat zərər ilə başa vurub.
Banker.az bu barədə ASC-nin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Bakı Əyrici Toxucu”nun ümumi gəlirləri 11 milyon 260 min manat, cəmi əməliyyat xərcləri 9 milyon 712 min manat, mənfəət vergisi üzrə ödəmələri 289 473 manat təşkil edib. 2022-ci ildə “Bakı Əyrici Toxucu” ASC-nin satışdan gəlirləri 8 milyon 982 min manat, cari əməliyyat xrəcləri isə 8 milyon 321 min manat olub.
31 dekabr 2023-cü il tarixinə “Bakı Əyrici Toxucu” ASC-nin cəmi aktivləri 26% artaraq 3 milyon 777 min manat, cəmi öhdəlikləri 10% azalaraq 1 milyon 384 min manat, cəmi kapitalı isə 64% artaraq 2 milyon 393 min manat olub.
Qeyd edək ki, “Bakı-Əyrici-Toxucu” ASC 1998-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1 597 654 manatdır və qanuni təmsilçisi İslam Məmmədovdur.