13 C
Baku
Saturday, November 23, 2024

Külli miqdarda mənimsəmədə ittiham olunan şirkət rəhbərinə 11 illik həbs cəzası verildi

Xüsusilə külli miqdarda mənimsəməkdə ittiham olunan şirkət rəhbəri Üzeyir Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə əsasən təqsirləndirilən şəxs Üzeyir Həsənov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən şəxs Üzeyir Həsənovun 13 il azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, ittihama görə, Müdafiə Nazirliyinin sifarişi əsasında rayonlardan birində silah-sursat anbarının tikintisi, o cümlədən, ərazinin abadlaşdırılması, mebel avadanlıqlarının quraşdırılması üçün büdcədən ayrılmış 7 milyon manatdan vəsaitin mənimsəyib.

O, həm də Azərbaycan Tarix Muzeyində mənimsəmələrə görə ittiham edilir. Şirkət rəhbəri 2011-2017-ci illərdə silah-sursat anbarının tikintisi, orada kommunikasiya xətlərinin, mebellərin quraşdırılması zamanı öhdəliklərini tam şəkildə yerinə yetirməməkdə, qiymətləri sənədlərdə şişirtməkdə suçlanır. Həmin iş üzrə 7 milyon 353 milyon manat büdcə vəsaitinin mənimsənildiyi iddia olunur.

Muzey məsələsinə gəlincə, ittihamda göstərilib ki, Üzeyir Həsənov 2018-2019-cu illərdə Əmlak Məsələləri Dövlət Xidmətinin sifarişi əsasında Tarix Muzeyinin ekspozisiyasının təkmilləşdirilməsi, işıqlandırma və yanğın siqnalizasiya sistemlərinin yenidən qurulması, təmir-bərpa işlərin aparılmasını üzərinə götürüb. Lakin öhdəliyə əməl olunmayıb. O, bu epizod üzrə 1.8 milyon manatlıq yeyintidə ittiham olunur.

Ona Cinayət Məcəlləsinin 179.4-cü (külli miqdarda mənimsəmə və ya israfetmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham verilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər