23 C
Baku
Tuesday, October 1, 2024

İnanılmaz faktlar

Boks meydanında ölüm hallarının sayı boks əlcəkləri yaranandan sonra bir xeyli artmışdır. Əlcəklər yaranmamışdan əvvəl boksçular bir birilərinə yumruqları ilə vururdular.

Rəqiblər bir birilərinin başlarına zərbə endirdikdə onların barmaqları sınırdı. Bu səbəbdən heç kəs başa zərbə vurmaq üsulundan istifadə etmirdi.

Bir pələng 430 nəfəri parçalayıb.

Bu son 300 il ərzində köpək balığının insanlara hücümu nəticəsində xəsarət almış insanların sayından çoxdur.

Bu son 100 il ərzində ilanların, ayıların, canavarların və zəhərli hörümçəklərin hücümlarından əziyyət çəkmiş insanların sayından da çoxdur.

Bu çampavat pələngi idi. O, Nepalda və hind regionu Kumaonda ova çıxırdı. 1911-ci ildə əfsanəvi ovçu Cim Korbett onu güllələməyi bacarır.

3600 il əvvəl Sibirdə mamontlar yaşayırdılar. Təxminən 4000 il bundan əvvəl Misirlilər isə öz ehramlarını tikirdilər.

Yanan buz ilə örtülmüş iri planet mövcuddur. Bu buz quru deyil, lakin çox qaynardır. Bu planet Gliese 436 b adlanır, burada hərarətin səviyyəsi Selsi ilə 300 dərəcədir.

ABŞ-ın onuncu prezidenti Con Taylerin nəvələri (1970-ci ildə anadan olub) hələ də sağdırlar.

Lakin buna baxmayaraq buz ərimir. Bunun səbəbi burada cazibə qüvvəsinin çox güclü olmasındadır. Cazibə qüvvəsi suyu sıxır və bərk halda saxlayır.

Anozoqnoziya bir insanın insult və yaxud beyninin zədələnməsi nəticəsində əlil olduğunda (məsələn, əlini tərpətmək abiliyyətini itirir) öz xəstəliyini qəbul etməməsi və ətrafındakıları qaydasında olduğunu inandırmaq və müalicədən imtina etmək halıdır.

“Titanik”in batmasından 14 il əvvəl Morqan Robertsonun “Futility” adlı kitabı çıxır. Bu əsərdə öz dövrünün ən böyük gəmisinin xilasedici qayıqların olmamasından və aysberqlə toqquşma nəticəsində batdığından bəhs edilib. Gəminin adı “Titan” idi. Və o eyni ilə “Ttanik” kimi üç vintli layner idi.

Ailə həyatının ikinci il dönəmi 25 yaşlı Teodor Ruzvelt üçün iki bədbəxt hadisə ilə əlamətdar olmuşdu. İlk növbədə onun anası tif xəstələyindən Ruzveltin qollarında can verir. Bir saatdan sonra isə o, öz evinin ikinci mərtəbəsinə qalxaraq həyat yoldaşının doğum zamanı vəfat etməsinin şahidi olur.

Venerada bir gün bir ildən daha uzundur. Tropik yağışlı Amazon meşələri mütəmadi olaraq Saxaradan gübrələr alırlar. Külək qidalandırıcı maddələrlə birlikdə qumun dənəcəklərini okeanın üzərində tropiklərə gətirir. Bu qidalandırıcı maddələr meşəliyin artmasına kömək edir.

Son xəbərlər
Digər xəbərlər