Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.
Bunu Ermənistan baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Rusiya bazaları müəyyən vəziyyətlə əlaqədar orada idi və artıq vəziyyət əhəmiyyətli dərəcədə dəyişdiyi üçün bu dəyişiklik bütü istiqamətlərdə öz təsirini göstərməlidir. “Bu o deməkdir ki, bizim cəbhə xəttimiz yox, sərhədimiz var. Sərhəd sülhün əlamətidir və bu o demək olacaq ki, Ermənistan və Azərbaycan sərhədçiləri bir-biri ilə əməkdaşlıq edərək sərhədi müstəqil şəkildə qoruya biləcəklər”.