Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi “B2B Group” MMC ilə 12 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Dövlət Gömrük Komitəsinin məlumat mərkəzlərində server, saxlanc avadanlıqlarının və şəbəkə infrastrukturunun aktiv-passiv olaraq qurulması xidmətlərinin, təhlükəsizlik həlləri, həmçinin proqram təminatı və lisenziyaların satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 12 037 631 AZN təşkil edir.