3 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanın da təsisçisi olduğu bank işə başladı

Azərbaycanın da təsisçisi olduğu Asiya İnfrastruktur İnvestisiyaları Bankı (AİİB) işə başlayıb.

ANS PRESS-in məlumatına görə, yeni maliyyə təşkilatının ilk prezidenti Çinin keçmiş maliyyə nazirinin müavini Szin Lisyun seçilib.

Asiya İnfrastruktur İnvestisiyaları Bankının ən böyük həmtəsisçiləri sırasında ilk beşlikdə Çin, Hindistan, Rusiya, Almaniya və Cənubi Koreya dayanır.

Yeni maliyyə təşkilatı Dünya Bankının potensial rəqibi hesab edilir. Bankın açılış mərasimində Çin Xalq Respublikasının prezidenti Si Tsinpin də iştirak edib.

Azərbaycanın da təsisçiləri sırasında olduğu Asiya İnfrastruktur İnvestisiyaları Bankının yaradılması haqqında saziş 2015-ci il iyunun 29-da Pekində 57 ölkə tərəfindən imzalanıb. Sənədi imzalayan ilk ölkə Avstraliya olub. Azərbaycan hökuməti adından isə sazişə maliyyə naziri Samir Şərifov imza atıb.

AİİB-in yaradılması təşəbbüsünü 2013-cü ilin oktyabrında Çin Xalq Respublikasının sədri Si Tsinpin irəli sürüb. Çin liderinin bu təklifi bir çox ölkələr tərəfindən dəstəklənib. 2014-cü ilin oktyabrında Pekində 22 ölkə AİİB-in yaranmasına hazırlıq barədə memorandum imzalayıb.

Son xəbərlər
Digər xəbərlər