9 C
Baku
Friday, December 13, 2024

“Smart Technologies Solutions” ötən ili 2.2 milyon manat mənfəətlə başa vurub

“Smart Technologies Solutions” QSC şirkəti 2023-cü ili 2 milyon 170 min manat xalis mənfəət ilə başa vurub.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Smart Technologies Solutions” QSC 7 milyon 141 min manat gəlir əldə edib. Cəmi əməliyyat xərcləri isə 4 milyon 429 min manat olub. Nəticədə şirkətin əməliyyat mənfəti 2 milyon 712 min manat təşkil edib. 542 min 469 manat mənfəət vergisi ödənişindən sonra QSC ili 2 milyon 170 min manat xalis mənfəətlə tamamlayıb.

Hesabat dövründə şirkətin aktivləri 1 milyon 94 min manatdan 2 milyon 870 min manata, cəmi kapitalı 726 min manatdan 1 milyon 840 min manata çatıb.

“Smart Technologies Solutions” Qapalı Səhmdar Cəmiyyəti metal-konstruksiya, boru işləri, kimyəvi təmizləmə, şlanqlarin hazırlanması, hidravlik malların istehsalı, istilik dəyişdiricilərin təmiri, hidravlik yuyulma və yağ analizi, proqramlaşdirma və texniki xidmətlərin hazırlanması və quraşdırılması ilə məşğul olur.

Son xəbərlər
Digər xəbərlər