2024-cü ilin 1-ci rübündə Azərbaycan Respublikası dövlət büdcəsinin gəlirləri proqnozları üstələyib.
Banker.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin məlumatında qeyd edilir.
Büdəcə gəlirləri təsdiq edilmiş proqnoza nisbətən vergi orqanlarının xətti ilə 532 milyon manat və ya 14.2 faiz, gömrük orqanlarının xətti ilə 102.9 milyon manat və ya 7.5 faiz, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert üzrə 0.3 milyon manat, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 2.0 milyon manat və ya 27.8 faiz, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar və digər daxilolmalar üzrə 52.3 milyon manat və ya 23.2 faiz çox icra edilib.
2024-cü ilin 1-ci rübü üzrə dövlət büdcəsinin gəlirləri 2023-cü ilin həmin dövrü ilə müqayisədə Azərbaycan Respublikasının Dövlət Neft Fondudan dövlət büdcəsinə transfert üzrə 1619.3 milyon manat və ya 2 dəfə, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 1.3 milyon manat və ya 16.5 faiz, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar və digər daxilolmalar üzrə 16.6 milyon manat və ya 6.3 faiz çox, vergi oqanlarının xətti ilə daxilolmalar üzrə 617.8 milyon manat və ya 12.6 faiz, gömrük orqanlarının xətti ilə daxilolmalar üzrə 75.1 milyon manat və ya 4.9 faiz az icra edilib.