Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır.
Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş 23 aprel Milli Suverenlik və Uşaqlar Günü münasibətilə parlamentdə çıxışı zamanı deyib.
O bildirib ki, parlamentin əsas vəzifələrindən biri yeni konstitusiyanın qəbuludur.
N.Kurtulmuş yaxın günlərdə müzakirələrin başlayacağını bildirib.
O, vətəndaş cəmiyyətini və universitetləri prosesə töhfə verməyə çağırıb.