Insan xoşbəxtliyi ilə əməyin məhsuldarlığı arasında əlaqəni araşdıran tədqiqatçılar belə bir qənaətə gəldilər ki, dünyanın müxtəlif yerlərində əməyin məhsuldarlığı müəyyən bir qanuna tabe deyil. Belə ki, ABŞ o bir neçə il ərzində əməkhaqqıların azalması fonunda daha da artdığı halda, Böyük Britaniyada iş yerlərinin artımına baxmayaraq aşağı düşmüşdür, CAR-da isə 46 ilin ən aşağı səviyyəsinə düşüb. iOpener-in mütəxəssisləri əmindirlər ki, biz məhsuldarlığı təhlil edərkən ən əsas amillərdən birini buraxırıq – bu xoşbəxtlikdir.
Məsələ ondadır ki, ən məhsuldar işçilər həm də ən xoşbəxt işçilərdir. iOpener-in 2005-ci ildə yığdığı məlumatlara görə həyatdan daha az zövq alan insanlar öz işini də daha az səylə yerinə yetirirlər. Məhsuldarlıq birbaşa olaraq, işçi və işə götürən arasındakı münasibətlərdən asılıdır – əgər onlar arasında heç bir ahəngdarlıq yoxdursa, göstəricilər aşağı düşür.
Belə ki xoşbəxt işçilər həmkarlarına 33% daha çox kömək edir, 46% hallarda səmərəliliyi aşağı salan problemlərin həllinə nəzər salır, qoyulmuş məqsədlərə 31% daha tez nail olurlar və 36% hallarda isə daha çox motivasiyalı olurlar. Məhsuldarlığın artırılmasının formulası standartdır: yalnız konstruktiv tənqid, qısamüddətli dövrdə işçilərin motivasiyası, işçinin şirkətə lazım olduğunu dərk etməsi və özü üçün daha münasib mövqedə olmaq, uzunmüddətli perspektivlər və özünəinam.