Dövlət Sosial Müdafiə Fondu ölkədə özəl pensiya fondlarının yaradılması üzrə qanun layihələrinin formalaşdırılması üzərində işi başa çatdırır.
Trend-in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev mətbuat konfransında deyib.
Onun sözlərinə görə, söhbət dövlət pensiya-sığorta sistemində yığım kompenentinin tətbiqini nəzərdə tutan qanun layihəsinin hazırlanmasından və özəl pensiya fondları haqqında qanun layihəsindən gedir. “Bu istiqamətdə işlər yekunlaşıb. Qanun layihələrinin ekspertizasına beynəlxalq ekspertlər cəlb edilib. Onların yekun rəyini aldıqdan sonra sənədlər baxılmaq üçün hökumətə təqdim ediləcək. Bunun bu ayın sonuna baş verəcəyini düşünürəm”.