6 C
Baku
Sunday, December 15, 2024

Pensiyaçılar mart ayından pensiyalarını artımla alacaqlar – DSMF sədri

“Fevral ayının 1-nə əmək pensiyasının baza hissəsi avtomatlaşdırılmış sistemə qoşulacaq və pensiyaçılar mart ayından pensiayalarını 10 faizlik əlavə ilə alacaqlar”.

Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirib.

O, qeyd edib ki, əmək pensiyasının baza hissəsinin artırılması DSMF-nin qeydiyyatında olan bütün pensiyaçılara şamil ediləcək. Dövlət qulluqçusu işləyən və bu kateqoriyaya bərabər tutulan pensiyaçılar istisna təşkil edəcək, çünki onların pensiyalarının artırılması bilavəsitə əməkhaqları ilə bağlıdır.

Fond sədrinin sözlərinə görə, ötən ilin yekunları üzrə fondda 107 milyon manat məbləğində sərbəst vəsaitin yaranıb. Buna görə də, sosial sığortadan ayrılmalar üzrə daxilolmaları gözləmədən pensiyaların verilməsinə başlanılıb.

Qeyd edək ki, 1 yanvar 2016-cı il tarixinə görə, Azərbaycanda 1 milyon 296 min pensiyaçı var.

Son xəbərlər
Digər xəbərlər