2 C
Baku
Saturday, December 14, 2024

“Şuşa Qarabağda elektrik avtobuslarının fəaliyyət göstərdiyi ilk şəhər olacaq”

Şuşa Qarabağda elektrik avtobuslarının fəaliyyət göstərəcəyi ilk şəhər olacaq.

Bunu Azərbaycan Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov Laçında 30 ölkədən olan ekspertlərin iştirakı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində “Qarabağda dayanıqlı inkişaf” mövzusunda panel müzakirəsində deyib.

Onun sözlərinə görə, bu avtobuslar Belarusdan olan tərəfdaşlarla birgə Gəncədə istehsal olunur:

“Şuşada artıq 4 belə avtobus var. Onlar elektrik enerjisi ilə çalışır və dağlıq landşaftda özlərini təsdiqləyib. Beləliklə, bu, şəhər ictimai nəqliyyat sistemindəki yeniliyimiz olacaq. Avtobuslar gələn aydan istifadəyə veriləcək”.

A.Kərimov qeyd edib ki, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq çərçivəsində Şuşa şəhərində də velosiped yolları salınacaq.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər