14 C
Baku
Sunday, November 24, 2024

“Tesla” səhmləri Maskın vədlərindən sonra 13% artıb

Maskın ucuz elektrik avtomobillərinin istehsalını sürətləndirməyi vəd etməsindən sonra “Tesla” səhmləri yüksəlir. Bakı vaxtı ilə saat 12:43-ə olan məlumata görə, “Tesla”nın Nasdaq birjasında premarketdəki səhmləri 10.1% artaraq 159.3 dollara çatıb. CNBC qeyd edir ki, aprelin 23-də postmarketdə elektrik avtomobil istehsalçısının səhmləri 13% artıb.

Aprelin 23-də “Tesla” 2024-cü ilin birinci rübünün maliyyə nəticələrini açıqlayıb. Şirkətin gəliri 9% azalaraq 21.3 milyard dollara düşüb: bu, 2012-ci ildən bəri ən böyük azalmadır, CNBC yazır.

“London Stock Exchange Group”un (LSEG) sorğusunda iştirak edən analitiklər “Tesla”nın gəlirinin 22.15 milyard dollara çatacağını gözləyirdilər. Şirkətin xalis gəliri 55% azalaraq 1.13 milyard dollar və ya hər səhmə görə 0.34 dollar olub.

Zəif hesabata baxmayaraq, “Tesla” səhmləri İlon Mask şirkətin daha sərfəli elektrik avtomobil modellərinin istehsalını sürətləndirəcəyini söylədikdən sonra yüksəlib.

Son xəbərlər
Digər xəbərlər