®“Nar”ın da tərəfdaşı olduğu Azərbaycan Voleybol Federasiyasının təşkil etdiyi voleybol üzrə Azərbaycan çempionatı başa çatıb. 2023-2024-cü illər mövsümündə ölkə çempionatının qadınlar və kişilər arasında qalibi “AZERRAIL” klubu olub. “Nar” “AZERRAIL” klubunun hər iki üzvünü təbrik edir, voleybolçularımıza uğurlarının davamlı olmasını arzu edir.
Qeyd edək ki, korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq “Nar” ölkədə sağlam həyat tərzini təbliğ edərək gənclər arasında voleybol daxil olmaqla, müxtəlif idman növlərinə marağın artmasını dəstəkləyir. Operatorun gerçəkləşdirdiyi KSM layihələri haqqında məlumatı buradan əldə edə bilərsiniz.
Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.