3 C
Baku
Saturday, December 14, 2024

Mal dövriyyəsini 60 milyard dollara çatdırmağa hazırıq – Ərdoğan

Müdafiə sənayesinin inkişafı yolunda məhdudiyyətlər mövzusu Türkiyə və onun müttəfiqlərinin gündəliyindən çıxarılmalıdır.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı Ankarada almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Türkiyə və Almaniya, NATO üzrə müttəfiqlər kimi, müdafiə sənayesinin yolunda maneələrin müzakirəsi deyil, hərbi təyinatlı məhsulun istehsalı üzrə birgə layihələrin reallaşdırılmasında konsentrə olmalıdır.

Ərdoğan Berlini Ankaranın mühüm müttəfiqi adlandırıb, terror təşkilatları ilə birgə mübarizənin əhəmiyyətini vurğulayıb.

“Biz Almaniya ilə əməkdaşlıq ruhunu təhdid edən istənilən təşkilatlara qarşı çıxmağa hazırıq”, – deyə Türkiyə Prezidenti əmin edib.

Eyni zamanda, siyasətçi Avropa ölkələrində islamofobiya və ksenofobiya hallarının artması ilə əlaqədar narahatçılığını bildirib. “Almaniya instansiyalarında daha güclü həmrəylik və bu təhlükəli hadisələrlə səmərəli mübarizə gözləyirik”, – deyə o vurğulayıb.

Türkiyə Prezidenti, həmçinin Ankaranın Berlinlə iqtisadi sahədə gələcək əməkdaşlıqda maraqlı olduğunu da qeyd edib.

“Ölkələrimiz arasında mal dövriyyəsi ildə 50 milyard dollar həddinə çatıb. Biz bu göstəricini 60 milyard dollara çatdırmağa hazırıq. Bunun üçün bütün imkanlar var”, – deyə Türkiyə lideri bildirib.

Son xəbərlər
Digər xəbərlər